ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi
üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin
imzalanması tədbiri keçirilib. Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri
Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana
idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə
edir.
Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin
zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac
prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış
yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu anlaşma sahibkarlarımızı beynəlxalq
ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da
genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli
maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da
davam etdirəcəyik”.
Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci
ildən fəaliyyət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !