Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır.
Məbləğ: 3 000 000 AZN-ə qədər
İllik faiz dərəcəsi: 10%-dən başlayaraq
Müddət: 18 ayadək
B2B ("business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !