Ölkəmizdə ipoteka bazarının lideri olan ABB özünün
ABB Home plaftormasını (abbhome.az) təqdim
edib. Platformanın yaradılmasında məqsəd ipoteka ilə ev almaq istəyənlərin
vaxtına qənaət, prosedurları sürətləndirmək, ipoteka ilə bağlı bütün xidmətləri
bir platforma üzərindən təqdim etməkdir.
ABB
Home getdikcə təkmilləşdiriləcək və beynəlxalq təcrübəyə
uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılacaq.
ABB
ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün ABB Home platformasında süni
intellekt modelləri əsasında çalışan "Əmlakın qiymətini öyrən” alətini də
təqdim edib. Beləliklə, müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində
yerləşən mənzillərin qiymətini də öyrənə bilirlər. Hazırda burada, əsasən,
mənzillərin təxmini qiymətləri təqdim edilir. Yaxın zamanlarda alət daha da
təkmilləşdiriləcək, həyət evi, torpaq və digər daşınmaz əmlak növlərinin də
qiymətini öyrənmək olacaq. Qiymətlər açıq məlumat mənbələri əsasında süni
intellekt tərəfindən təxmin edilir.
ABB daxili
ipoteka kreditlərini müştərilərə 10%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15%
ilkin ödənişlə, 25 ilədək müddətə təklif edir. Kreditin maksimal məbləği 500
000 manata qədərdir.
ABB-nin daxili ipoteka kreditləri ilə həm yeni və köhnə tikililərdə mənzillər,
fərdi yaşayış evləri, o cümlədən bağ evləri, həm də torpaq sahələri almaq
mümkündür. Bu, müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə
tikinti biznesinin inkişafına da töhfə verir.
Xaricdə yaşayan və xarici ölkələrdən əməkhaqqı alan Azərbaycan
Respublikası vətəndaşlarına da ABB-nin daxili ipoteka kreditindən yararlanmaq
imkanı yaradılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !