• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

ABB mobile tətbiqində sığorta xidməti!

ABB mobile tətbiqində sığorta xidməti!
25.06.2023 15:26
ABB mobile-ın imkanları getdikcə genişlənir. Mobil tətbiqdə daha bir xidmət əlçatan olub. ABB mobil istifadəçiləri tətbiq vasitəsilə indi sığorta xidmətindən də yararlana bilərlər. Beləliklə, ABB özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim edən ilk Azərbaycan banklarından oldu. Bank bu imkanı "Atəşgah” sığorta şirkəti ilə inteqrasiya sayəsində yaradıb.

İstifadəçilər ABB mobile üzərindən icbari, əmlak, tibbi sığorta, səfər sığortası xidmətlərini ala biləcəklər. İlkin mərhələdə tətbiqdə bu sığorta növlərindən hələlik səfər sığortası aktivdir. Yaxın zamanlarda isə digər sığorta xidmətlərindən də istifadə mümkün olacaq.
Xatırladaq ki, bu günlərdə ABB mobile tətbiqində investisiya xidmətləri də təqdim olunub. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq "ABB-İnvest”-lə səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazana bilirlər. Bu cür inteqrasiya həlləri ilə ABB-nin mobil əlavəsi istifadəçilərin maliyyə ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir.
 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İnvestisiya xidmətlərinin ardınca sığorta xidmətlərini də ABB mobile-də təqdim etməkdən məmnunuq. Hədəfimiz universal maliyyə qrupu kimi müştərilərimizin ehtiyac duyduqları bütün maliyyə xidmətlərini bir platformada toplamaq və ən yaxşı rəqəmsal təcrübə ilə onlara daha əlçatan etməkdir”.
ABB mobile tətbiqi ilə sığorta xidmətlərindən istifadə imkanları barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. Tətbiqi yükləyib onun üstünlüklərindən faydalana bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
İqtisadiyyat 12:13
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
İqtisadiyyat 11:40
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:17
Bu günə olan məzənnə açıqlanıb
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
İqtisadiyyat 15:13
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol