ABB-nin baş sponsorluğu, "SABAH.HUB”
İnnovasiya Mərkəzinin dəstəyi ilə Baku Crystal Hall-da "Baku ID” innovasiya
festivalı başlanıb. Bu, Azərbaycanın və ümumən regionun əsas startap innovasiya
tədbiridir. "Baku ID”nin baş sponsorları arasında ABB-dən başqa, Elm və Təhsil
Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, Mappable və IDDA da var.
27-28 iyun tarixlərində keçirilən festival
ölkəmizdə sayca üçüncü belə tədbirdir. Builki "Baku ID” tədbirinə 200-dən artıq
yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və
50-dən artıq tərəfdaş yer alıb. Tədbir çərçivəsində "Startup Wise Guys”, "White
Hill Capital”, "Caucasus Ventures”, "MOST Ventures”, "Startupbootcamp”,
"Aloqa Ventures" və "SABAH.fund” vençur fondlarının dəstəyi ilə
startap fondu yaradılıb.
"Baku ID” innovasiya festivalı fəaliyyət
dövrü ərzində onlarla startapın inkişafına dəstək verib. Ümumilikdə isə
startapların 1.7 milyon AZN-dən çox investisiya almasına nail olub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !