• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!
02.09.2024 16:40
20 sentyabr 2024-cü ildə ADA Universitetində "Startup World Cup” yarışması təşkil olunacaq. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB də tədbirin əsas tərəfdaşlarındandır. Dünyanın ən prestijli qlobal startap yarışmalarından sayılan "Startup World Cup”-ın təşkilatçıları "Technovate Investments” və "Pegasus Tech Ventures” şirkətləridir.
 
 "Startup World Cup” dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.
 
Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.
 
"Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol