Oktyabrın 21-dən Çin Xalq
Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi SIBOS sərgi-konfransı
başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya
Cəmiyyətidir (SWIFT).
Oktyabrın 24-dək davam edəcək "SIBOS-2024”
sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti
sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, İdarə Heyəti sədrinin
müavini, Baş risk inzibatçısı Aqşin Əmirov, Baş direktor Fuad İslamov, Mərkəzi
xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov, departamentin şöbə
müdiri Tural Oruclu təmsil edir.
"SIBOS–2024” çərçivəsində ABB
nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən Bankın
uzunmüddətli tərəfdaşları olan Citibank, JP Morgan, BNY Mellon, LBBW, Commerzbank,
Deutsche Bank, ABN AMRO, ODDO BHF, Zurcher Kantonalbank, Raiffeisen, ICBC, Vakifbank,
İşbank, Akbank, Mashreq, First Abu Dhabi və s. bu kimi maliyyə institutlarının nümayəndələri
ilə görüşlər keçirəcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !