Abbas Abbasovun oğlundan hökümət saytlarına cavab

"Mən o insanlara, hansılar ki, uzun illər Azərbaycan dövləti haqda nifrətlə yazır və ona qarşı çıxırlar, müraciət edirəm. Siz indi öz maskalarınızı dəyişib gizlənməyə çalışırsınız, amma biz sizin çirkab və nifrətlə dolu mahiyyətinizə bələdik. O kişilərin, hansılar ki, uzun illər boyunca dövlətə xidmət edib və onu qoruyublar, ünvanına ağzınıza gələni danışmayın”.
Virtualaz.org-a istinadən bildirir ki, Milli Məclisin sabiq deputatı, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun yaydığı xüsusi bəyanatda belə deyilir.
Aydın Abbasov bu bəyanatla hökumətə yaxın bəzi KİV-lərdə başda Orduxan Teymurxan olmaqla mühacir müxalifəti fəallarının Abbas Abbasov tərəfindən maliyyələşdirməsi haqda yayılan informasiyaya cavab olaraq çıxış edib.
www.anews.az
Son xəbərlər
Daha çox 