• $
  • €
  • ₽
  • ₺
  • £

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib
12.08.2025 19:07

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək, cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsində bir sıra ziddiyyətli məqamların olduğu üçün məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edib.

Vardanyan vəsatəti müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, müdafiə tərəfinin ziddiyyətli hesab etdiyi hallar müvafiq ekspertizanın predmeti deyil. Ona görə də vəsatət təmin olunmamalıdır.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Sonra məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedib.

Müşavirədən sonra müdafiə tərəfinin vəsatətinə dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, vəsatət təmin olunmayıb. Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət-prosessual qanunvericiliyə əsasən, ekspertiza cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır. Hazırkı prosesdə müdafiə tərəfi ekspertiza yolu ilə müəyyən edilməli olan konkret halları göstərməyib.

Bundan sonra müdafiəçi A.Berman işə baxan hakimlər kollegiyasına etiraz edib.

Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib, hazırkı etirazda da yeni hal yoxdur. Bu səbəbdən etiraz müzakirəyə çıxarılmayıb.

Daha sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Həmid Həmidlinin hüquqi varisi - atası Əlisahib İsgəndərov övladının Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş şəxs Şəmistan Yusiflinin hüquqi varisi – atası Şükran Əmənov övladının Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib.

Zərərçəkmiş şəxs Mehdi Abbasovun hüquqi varisi – atası Əmrah Abbasov övladının düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş Anar Əsgərov ifadəsində Ağdamda “sürpriz mina”nın partlaması nəticəsində yaralandığını qeyd edib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, sonradan minanın Ermənistanda istehsal edildiyi məlum olub.

Ruhid Hacəzadə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını diqqətə çatdırıb.

Ceyhun Qurbanov ifadəsində deyib ki, Ağdam rayonunun Şıxlar kəndində düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində yaralanıb. O, hadisə nəticəsində yaranmış nevroloji problemlərinin hələ də qaldığını, müalicəsinin davam etdiyini bildirib.

Əli Mikanayev ifadəsində Hadrutda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını vurğulayıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı ondan başqa daha 8 nəfərin xəsarət aldığını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs Elman Süleymanov Şuşa rayonunun Xəlfəli kəndində qarşı tərəfdən açılmış atəşlər nəticəsində xəsarətlər aldığını qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Rəhman Quliyev Xocavənd istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması aldığını söyləyib.

Zərərçəkmiş şəxs Elmin Alıyev Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Abduləli Qurbanov ifadəsində Ağdərədə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarətlər aldığını bildirib.

Kamran Cəbrayılov ifadəsində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını diqqətə çatdırıb.

Mehman Quliyev Şuşa şəhərində düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş digər şəxslər Səbuhi Novruzlu, Zamin Cahangirzadə, Ceyhun Abbasov, Nicat Göyüşov və Eşqin Babazadə Ağdərədə, Hüseynalı Mehdiyev Xocalıda, Nurlan Məmmədov Ağdamda, Niyaməddin Allahverdiyev Füzulidə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər. N.Allahverdiyev müalicəsinin hələ də davam etdiyini söyləyib.

Nemət Məmmədov ifadəsində Ağdam rayonunun Sarıcalı kəndində düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralandığını vurğulayıb.

Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol