Cəlilabadda 6 kəndin işığı kəsilib

Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
Rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.
Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























