Zelenski Melaniya Trampı ordenlə təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı 1-ci dərəcəli "Şahzadə Olqa" ordeni ilə təltif edib.
Bununla bağlı Ukrayna lideri fərman imzalayıb.
Zelenski ABŞ-nin birinci xanımını "Ukraynaya humanitar dəstəyə verdiyi əhəmiyyətli şəxsi töhfəyə, fəal insan haqları və Ukrayna vətəndaşlarının xilasına yönəlmiş xeyriyyə fəaliyyətinə görə" mükafatlandırıb. Onun sözlərinə görə, bu uşaqlar Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərindən qanunsuz olaraq deportasiya ediliblər".
Melaniya Trampın təşəbbüsü ilə Xerson vilayətindəki Oleşki şəhərinin sakinlərini təxliyə etmək üçün humanitar missiya başladılıb. O, bu hərəkətin sülh üçün başlanğıc nöqtəsi olmasına çağırıb.
Son xəbərlər 
Daha çox 























