Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat

Deputat Əlibala Məhərrəmzadə kənd təsərrüfatına ayrılan vəsaitlərlə yanaşı, xaricdə bu sahə üzrə təhsil alan mütəxəssislərin hazırlanmasının da təşviq edilməsinin vacibliyini açıqlayıb. O bu barədə Milli Məclisdə büdcə layihəsi zamanı çıxışında bildirib.
“Birinci növbədə, kənd təsərrüfatında 432 milyon manatlıq artım kifayət qədər vacib faktorlardan biridir. Bu gün kənd təsərrüfatımızda aparılan islahatlara ayrılan hər bir vəsait gələcəyə yönəldilməlidir”, - deputat bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatına maliyyə dəstəyi ilə paralel olaraq mütəxəssis hazırlığı da aparılmalıdır.
“Bizdə kənd təsərrüfatına yardım etməyimizlə paralel mütəxəssis yetişdirilməsi prosesi də getməlidir. Bu sahədə ciddi tənəzzül var və mütəxəssislərimizin sayı azdır. Texnologiyaları və yeni üsulları öyrənən, xaricdə təhsil almış mütəxəssislərə böyük ehtiyac var. Bu istiqamətin təşviq edilməsi gələcək üçün çox önəmli olardı”, - Məhərrəmzadə qeyd edib.


Son xəbərlər 
Daha çox 






















