• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Abel Məhərrəmovun oğlundan yeni XƏBƏR VAR - FOTO

Abel Məhərrəmovun oğlundan yeni XƏBƏR VAR - FOTO
27.08.2021 12:10
Azərbaycanın Estoniyada yeni təyin olunmuş səfiri Anar Məhərrəmov etimadnaməsini Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təqdim edib.

Modern.az xəbər verir ki, etimadnamələri qəbul etdikdən sonra Estoniya Prezidenti xanım Kersti Kalyulayda səfiri qəbul edib.

Qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamları Estoniya dövlətinin başçısına çatdırılıb.


Görüşdə xanım Prezident səfiri Estoniyada salamlayaraq iki ölkə arasında mövcud olan əlaqələrin onun fəaliyyəti dövründə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, səfir Anar Məhərrəmova uğurlar arzu edib.

Estoniya Prezidenti ölkəsinin Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib, informasiya texnologiyaları sahəsində Estoniyanın təcrübəsini nəzərə alaraq bundan geniş şəkildə yararlanmaq imkanlarının mövcud olduğunu qeyd edib.

Səfir A.Məhərrəmov Prezident Kersti Kalyulayda tərəfindən deyilənlərlə həmfikir olduğunu bildirərək, eston şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə dəvət edib.

Görüşdə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarında bütün infrastrukturun dağıdıldığı, milli-mədəni dəyərlərin məhv olunduğu, bəzi şəhərlərin yerlə yeksan edildiyi bildirilib.

Xanım Prezident Kersti Kalyulayda bu təklifi məmnuniyyətlə qəbul edərək, məlumatın aidiyyəti eston şirkətlərinə göndəriləcəyini bildirib. Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə təşəkkürünü bildirərək, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Qəbul zamanı digər maraq doğuran məsələlər də müzakirə olunub.

Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol