Abid Şərifov: "Işlər 5 aya yekunlaşacaq"

11:58 | 23.05.2015
Abid Şərifov:

Abid Şərifov: "Işlər 5 aya yekunlaşacaq"

Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
 
A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
 
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.
 
Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM