Abituriyentlərin nəzərinə - İmtahanlar çətinləşir

13:43 | 25.11.2014
Abituriyentlərin nəzərinə - İmtahanlar çətinləşir

Abituriyentlərin nəzərinə - İmtahanlar çətinləşir

Ali məktəblərəqəbul imtahanlarında üçüncü bir fənndən açıq tipli test tapşırıqlarının olunmasınəzərdə tutulub.

ANN.Azxəbər verir ki, TQDK 2015-ci ilin Ali məktəblərə qəbul imtahanlarında hərixtisas qrupunda üçüncü bir fənndən açıq tipli test tapşırıqlarının istifadəsiniplanlaşdırılır.

Açıq tipli test tapşırıqlar bu fənnlərdən olacaq:

 I qrup: Riyaziyyat , Fizika, (Kimya əlavəolunub)

IIqrup: Riyaziyyat, Coğrafiya, (Ana dili əlavə olunub)

IIIqrup: Riyaziyyat, Tarix, (Ana dili əlavə olunub)

IVqrup: Riyaziyyat, Kimya, (Biologiya əlavə olunub)

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq.

ANN.Az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, Təhsil Komissiyasında da baxılıb: “Təhsil Nazirliyinin tələbi ilə buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn daxil edilib. Üçüncü fənn “Xarici dil” fənni olacaq. Təhsillərini davam edən şagirdlər üçün bu, problem yaratmayacaq. Çünki ali məktəblərə hazırlaşan abituriyentlər üçün üç qrupda “Xarici dil” fənni var. Tədris prosesində bütün orta məktəblərdə xarici dillər keçirilir. Kim hansı xarici dildə dərs keçibsə, o dildə də imtahan verəcək. Buraxılış imtahanında “Xarici dil” fənninin əlavə olunması yalnız 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanında tətbiq olunacaq. Beləliklə, 11-ci siniflər gələn il buraxılış imtahanında Ana dili, Riyaziyyat və xarici dildən imtahan verəcək”.

Komitə sədrinin sözlərinə görə, 9-cu sinif üzrə keçiriləcək buraxılış imtahanında heç bir dəyişiklik olmayacaq. 9-cu sinif üzrə buraxılış imtahanları iki fənn üzrə-Ana dili və Riyaziyyat fənnindən keçiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür