Rusiya prezidenti Vladimir Putin abort reklamını yasaqlayan qanunu imzalayıb.
ANN.Az-ın «BBC»-yə istinadən məlumatına görə, abortun təbliğatının yerinə süni hamiləlik xidməti reklam ediləcək.
Bundan başqa həmin sənədə əsasən, «xalq təbabəti»nin, tərkibində narkotik və psixotrop maddələr olan dərmanların reklamı da qadağan edilib.
«Xalq təbabəti» ilə qanunsuz məşğul olmağa görə 2- 4 min rubl cərimə nəzərdə tutulub.
Noyabrın 25-də V.Putinin imzaladığı qanuna əsasən, məhkəmələr bundan sonra narkomanların məcburi müalicəyə göndərilməsi haqda qərar çıxara bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !