ABŞ Avropaya qaz ixracına başlaya bilər

12:01 | 22.03.2014
ABŞ Avropaya qaz ixracına başlaya bilər

ABŞ Avropaya qaz ixracına başlaya bilər

Con Kerri: “Rusiya qanunsuz və təxribatçı fəaliyyətini davam etdirsə, biz çox şiddətli iqtisadi sanksiyalarla cavab verəcəyik”ABŞ 2015-ci ilin sonlarından başlayaraq Avropaya təbii qaz ixracına başlaya bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.  O, hal-hazırda təbii qaz ixrac etmək üçün zəruri obyektlərə malik olmadıqlarını, bu səbəblə 2015-ci ilin sonlarından tez Avropaya qaz göndərə bilməyəcəklərini söyləyib: “Lakin bizim üçün Avropadakı tərəfdaşlarımıza və Ukraynaya dəstək olmaq önəmlidir”.  Xatırladaq ki, hazırda Avropa Birliyi ölkələri təbii qaza olan ehtiyaclarının təxminən üçdə birini Rusiyadan alınan qaz hesabına təmin edirlər. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Rusiya məmurları, iş adamları və “Rossiya” Bankına qarşı tətbiq etdikləri sanksiyalarla kifayətlənməyəcəklərini bəyan edib. O, “Amerikanın səsi”nə açıqlamasında bildirib ki, Vladimir Putinin Krımdakı addımları beynəlxalq təhlükəsizliyi və İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdır. C. Kerri qeyd edib ki, növbəti sanksiyalar Rusiya prezidentinin fəaliyyətindən asılıdır: “Onlar qanunsuz və təxribatçı fəaliyyəti davam etdirsələr, biz Rusiya iqtisadiyyatının bütöv sahələrinə qarşı çox-çox şiddətli və güclü sanksiyalarla cavab verəcəyik”.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti