Birləşmiş Ştatlar prezidenti Barak Obama Avropa Birliyinə Rusiya qazına alternativ tapmağa söz verib
Barak Obama Avropa Birliyinə Rusiya qazını tamamilə əvəz etməyə söz verib.
ANS PRESS-in məlumatına görə, Avropa Birliyinin Rusiyadan enerji asılılığı indi Avropa siyasətçilərini belə məyus edir. Kreml siyasi təsirin aləti və gəlirlərin mənbəyi kimi boru kəmərlərindən istifadə edir. Amma son həftələrdə enerji təchizatında ixtisar təhlükəsi Avropa Birliyinin Rusiyaya qarşı boğucu iqtisadi sanksiyaları tətbiq etməsinə mane olur.
Hazırda avropalılar yanacağın üçdə birini Rusiyadan alırlar. Şərqi Avropanın bəzi ölkələri isə demək olar ki, Rusiyadan 100% asılıdır. AB-nin qaz asılılığından qurtulması üçün nüfuzlu Amerika analitik mərkəzi "Stratfor" növbəti layihə təklif edib. Şirkətdən bildirilib ki, Avropa Birliyi yalnız Azərbaycan qazını idxal edəcəyi təqdirdə müvəffəqiyyət qazana bilər: "Bu regionda tək oyunçu Azərbaycandır və yalnız bu ölkə ilə əməkdaşlıq etməklə "Qazprom"u sıxışdırmaq mümkündür. Məsələnin həll yolu Azərbaycandan Avropaya qaz kəmərlərinin tikintisindən asılı olacaq. İndiyə qədər bu ticarət məsələsi idi. İndi isə bu, strateji əhəmiyyət kəsb edir. Rusiya enerjisinin tək ciddi alternativi Azərbaycandır. Buna görə də Azərbaycandan Avropaya boru kəmərlərinin sürətlə tikintisi olduqca əhəmiyyətli olacaq.
Avropanın enerji təhlükəsizliyində artıq Bakı fəal rol oynayır. Cənub Qaz Dəhlizi və TANAP layihəsi Avropa üçün xüsusi önəm daşıyır. Azərbaycan "Şahdəniz" yatağından Avropaya 16 milyard kub metr qaz idxal edəcək. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Bu lahiyədə SOCAR-ın hissə payı 80%-dir və layihənin ümumi dəyəri 15 milyard dollar həcmində qiymətləndirilir".
Amerika analitiklərinin fikirlərinə görə, Azərbaycan Avropanı tək qazla təmin etməklə kifayətlənməyəcək. Mütəxəssislər hesab edirlər ki, Baltikyanı ölkələrdən Qara dənizə qədər uzanacaq boru xətti Avropanı əhatə etməklə AB ölkələrinin Rusiyaya enerji sahəsində olan asılığını da azaldacaq.
ANN.Az