ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyadan ayırmağa çalışır

04:04 | 31.07.2024
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyadan ayırmağa çalışır

ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyadan ayırmağa çalışır

Birləşmiş Ştatlar Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətindən əl çəkməsi üçün şərait yaratmağa çalışır. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib. 

Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən  O`Brayen bildirib ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın "Rusiya ilə münasibətləri pozmaq” üçün atdığı "cəsur addımları” alqışlayır.
 
"Erməni əhalisinin əhəmiyyətli hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Ona görə də biz bunun baş verməsi üçün şərait yaradırıq”,  -  ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O'Brayen deyib ki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə "Ermənistanın Rusiyadan asılılığını azaltmağa kömək etmək üçün yeni platforma yaradılıb”.
 
" O, iqtisadi və enerji baxımından demək olar ki, tamamilə Rusiyadan asılıdır və biz diversifikasiyaya nail olmalıyıq”,  - ABŞ rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Ermənistan və Azərbaycan arasında sülh arzusunun mümkün qədər tez razılaşmalar şəklini almasını təmin etmək üçün səy göstərir”.
 
O'Brien, Rusiyanın "hər şeyin öz şərtlərinə uyğun getdiyini görməyə çalışdığını" söyləyib və bunun hər iki tərəfi "qıcıqlandırdığını" vurğulayıb. 

Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da bildirib ki, hazırda "Mərkəzi Asiyanın inanılmaz zəngin ölkələri” indi "dünya bazarlarına yalnız Rusiya və ya Çin vasitəsilə çıxmaq” imkanlarına malikdir.
 
"Əgər biz Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən asılılığı azaldacaqlar”, - deyə o bildirib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti