On ayda əsas kapitala qoyulan investisiya azalıb

12:44 | 12.12.2024
On ayda əsas kapitala qoyulan investisiya azalıb

On ayda əsas kapitala qoyulan investisiya azalıb

2024-cü ilin on bir ayında ölkədə əsas kapitala  15910,3 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Son on ayda neft-qaz sektoruna investisiyaların həcmi 9% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 1,1 % azalıb.
 
Əsas kapitala qoyulan vəsaitin 82,1% daxili investisiyalar təşkil edib.
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar Nazimqızı 
 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM