Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb

Yardımlı rayonunda ikinci sinif şagirdinin meyiti tapılıb.
“Report”un məlumatına görə, hadisə rayonun Gendərə kəndində baş verib.
Məlumata görə, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Ailəsi onun babasıgilə getdiyini düşünüb. Lakin aparılan axtarışlar zamanı uşağın meyiti kənddəki körpünün altında aşkarlanıb.
İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.
Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
























