ABŞ-ın qərbini cənginə alan fırtına 13 nəfərin həyatına son qoyub. "NBC News"un məlumatına görə, güclü fırtına cümə günündən Kaliforniyada başlayıb. Küləyin sürəti saatda 86 km-ə çatır. Kaliforniyada 3 nəfərin üzərinə ağac və elektrik dirəyi aşıb. Ştatın bəzi rayonlarında evləri su basıb. Nyu-Meksika və Texasda qeyri-sabit hava insan ölümü ilə nəticələnən iri qəzaların törədilməsinə yol açıb. Sinoptiklərin məlumatına görə, fırtına Texas ərazisinə keçib və indi ölkənin atlantik okeanı sahillərinə irəliləyir. //Anspress
Bizi sosial şəbəkələrdə izləyin !