ABŞ-da marixuana üçün uzun növbələr yarandı

18:00 | 02.01.2014
ABŞ-da marixuana üçün uzun növbələr yarandı

ABŞ-da marixuana üçün uzun növbələr yarandı

Dünya  Yeni ildən başlayaraq Kolorado ABŞ-ın marixuana istifadəsi və satışını leqallaşdırmış ilk ştatına çevrilib. Yanvarın 1-dən etibarən ştat hüdudlarında onlarla ticarət obyekti insanların qeyri-tibbi istifadəsi məqsədilə çətənə satışı üçün lisensiya alıb.

Lisenziyanın verilməsi üçün artıq yüzdən çox təsərrüfat obyekti qeydiyyata götürülüb. Ştatın paytaxtı sayılan Denver şəhərində əvəllər qadağan olunmuş narkotik vasitəni almaq üçün satış yerlərində uzun növbələr yaranıb. 

İraq müharibəsi veteranarından biri narkotik satışına icazə verilməsini düzgün addım sayıb: “Bu marixuanadan müharibədən mənə qalan postravmatik sindromu yüngülləşdirmək üçün istifadə etməyi düşünürəm. Ancaq ölkədə xeyli sayda müharibə veteranı var, onların da köməyinə çatmaq üçün marixuana satışına başqa ştatlarda da icazə verilməlidir”.

Koloradoda çətənə kolu satışına görə 15 faiz aksiz və 10 faiz gəlir vergisi tətbiq olunur. Nartkotik vasitənin satışında yığılan vergilər orta məktəblərin, bağçaların tikintisinə və təmirinə, həmçinin (narkotik vasitələrin satışına nəzarət edəcək) xüsusi polis şöbəsinin maliyyələşməsinə sərf olunacaq. Marixuananın leqallaşdırılması kampaniyasının fəalı Betti Aldvort bu il ərzində satış həcminin 400 milyon dollara çatacağını, ümumilikdə iqtisadiyyata 2.34 milyard dollar gəlir gətirəcəyini deyib. Adı çəkilən narkotik vasitənin satışı hüquq mühafizə orqanlarının sıx nəzarəti altında həyata keçiriləcək, narkotik vasitənin azyaşlılara satılmasına yol verilmir. Üstəlik çətənədən ictimai yerlərdə və ştat hüdudları kənarında istifadə qadağan olunub.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti