ABŞ-da qadın "Viaqra"sına rəsmi icazə verildi

15:46 | 05.06.2015
ABŞ-da qadın

ABŞ-da qadın "Viaqra"sına rəsmi icazə verildi

Amerika Qida və Dərman İdarəsi (FDA) illər uzunu sürən mübahisələrdən sonra qadın "Viaqra"sı olaraq dəqiqləşdirildiyi və qadın libidosunu (seksual ehtirası və cinsi instinkti -red.) yüksəltməyə yardımçı olan dərmanın bazara satışa çıxarılmasına icazə verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, FDA-nın yaydığı rəsmi açıqlamaya görə, 24 nəfərdən ibarət mütəxəssis heyəti səsvermə keçirib. Nəticədə 6-cı əleyhinə, 18 nəfər isə lehinə olmaq şərtilə "Sprout Pharmaceuticalsö" adlı firmanın istehsalı olan "flibanserin"in bazara çıxarılması rəsmiləşib.

Bu rəsmi icazənin sınaq müddəti üçün verildiyi də qeyd olunur. Rəsmi açıqlamaya o da əlavə edilib ki, doktorların müşahidələri və satışdan sonra nəticələr bir müddət sonra təzədən müzakirə edilib son qərar veriləcək. 

Dərmanın spirtli içkilərlə bərabər istifadəsinin əks göstərişləri vardır. Belə ki, bayılma, aşağı təzyiq kimi hallara rast gəlinə bilər. 

Dərmanı istehsal edən şirkət indiyə qədər dəfələrlə FDA-ya satışa rəsmi icazə verilməsi üçün müraciət edib.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti