ABŞ-a prezident seçkilərini işıqlandırmaq üçün gələn rus jurnalistləri hava limanında saxlanılıb, İzvestiya operatorunun vizası isə inzibati səbəblərə görə ləğv edilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, jurnalistlər ABŞ-a prezident seçkilərini işıqlandırmaq üçün gedib və bütün zəruri sənədlərə malik olublar, lakin operatorlardan birinin vizası "inzibati səbəblərə" görə ləğv edilib.
"Hadisə ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə baş verib. Jurnalistlər prezident seçkilərini işıqlandırmağı planlaşdırırdılar və onların vizaları və icazələri var idi. Lakin hava limanına çatdıqdan sonra saxlanılaraq uzun müddət sorğu-suala tutulublar. Nəticədə, qrupun operatoruna sərhədi keçməyə icazə verilməyib və vizası qeyri-müəyyən "inzibati səbəblərlə" ləğv edilib", - Zaxarova vurğulayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !