ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı Fidel Salinas vebsaytlara hücum etdiyinə görə bu cəzanı alıb. O, "Hidalgo County "adlı bir vebsayta təşkil etdiyi hücumdan sonra minlərlə adamın şifrəsini ələ keçirib və bu şifrələri istifadə edərək saytda saysız spam mesajlar qoyub.
Salinasın sayta hücumu zamanı saytı istifadəolunmaz hala düşüb. Bundan sonra sayt bir çox müştərisinin etibarını itirib, onlar saytdan uzaqlaşıb. Bu da sayt rəhbərlərinə böyük zərər verib. Məhkəmə hakerin 100 min dollarlıq təzminat ödəməsinə də qərar verib. Hakeri 44 fərqli kibercinayətə görə 10 ildən 440 ilə qədər cəza gözləyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !