Vaşinqton ştatındakı Kaskad dağlarından başlayan torpaq sürüşməsi ciddi fəlakət törədib.
AzNews.az xəbər verir ki, Associated Pressin məlumatına görə itkin düşənlərin axtarışlarlı davam edir. Hələ 108 nəfərin taleyi sual altındadır.
Son məlumatlara görə 8 nəfər fəlakətin qurbanı olub. Dağlardan axan torpaq layları 30 evi yerlə yeksan edib. Bəzi yerlərdə gil qatı 10 metrdən yuxarı qalxıb.
Darrinqton şəhərinə gedən əsas yol tamamilə bağlanıb. Hazırda 8 nəfər xəstəxanada müalicə alır. Onların arasında 6 aylıq körpə də var. Həkimlərin rəyinə görə körpə ağır vəziyyətdədir.
Sürüşməyə səbəb aramsız yağan leysan yağışlar olub. Yerli mətbuatın yazdığına görə, Kaskad dağının ətəyində yerləşən 100 illik tarixə malik kiçik balıqçı kəndi yer üzündən silinib. Ştatın rəsmiləri Stilaquamiş çayı sahillərində yaşayan əhalinin evlərini tərk etməsini məsləhət bilib.
ANN.Az