ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kaliforniyanın Berkeley şəhərində 2010-cu ildən təhsil fəaliyyətinə başlayan "Zaytuna Kolleci" ABŞ-ın Məktəblər və Kolleclər Qərb Birliyi (WASC) tərəfindən akkreditə olunub.
ABŞ-da özəl və dövlət universitetlərinin akrreditasiyasına görə cavabdeh olan 6 rəsmi qurumdan biri olan WASC-ın bu qərarı ilə Zaytuna Kolleci Amerikanın yüksək təhsil sistemi tərəfindən rəsmən tanınan akademik təhsil qurumu ünvanına sahib oldu.
2010-cu ilin sentyabr ayından başlayaraq, fərqli ölkələrdən gələn və fərqli irqlərə mənsub tələbələrlə təhsil verməyə başlayan kollecdə islam hüququ, teologiya və ərəb dili olan ana fənnlər üzrə təhsil verilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !