ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Hoff Türkiyəni sosial şəbəkələrə girişi əngəlləməməyə çağırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xanım M.Hoff Vaşinqtonda brifinqdə qeyd edib ki, insanlar öz fikirlərini sərbəst şəkildə "Facebook" və "Twitter"də ifadə etməlidirlər: "Və hakimiyyət bu resurslara girişi bağlamamalıdır. Bu, "Instagram"a da aiddir". Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti məhkəmənin qərarına əsaslanaraq Twitter-ə girişi bağlamışdı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, cürbəcür yalanların dərc olunduğu "Facebook", "Twitter" və "YouTube" kimi servisləri müdafiə etməyə ehtiyac yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !