ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO

16:46 | 25.07.2023
ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO

ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO

ABŞ  Dövlət Departamenti  Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri  Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. 

"Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik... Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlarına hörmətin artırılmasına qətiyyətlə sadiq qalır.  Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Turan xəbər Agentliyinin müxbiri Ələkbər Raufoğlunun sualını cavablandırarkən deyib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri,  iqtisadçı alim sin İbadoğlunun iyulun 23-də Bakıda yaşamadığı mənzilində 40 min dollar məbləğındə pul tapılıb. 

Onun vəkili Zibeydə Zəkəriyyəveyanın  sözlərinə görə, ittiham tərəfi bu pulun 20 min dollarının saxt olduğunu bildirib. Bu ittiham əsasında iqtisadçıya qarşı cinayət işi açılıb və  Nərimanov rayon məhkəməsi onu 3 ay 26 gün müddətinə azadlqdan məhrum edib.
 
Vəkil bildirib ki, İbadoğlu və ailəsi  bu pulların onlara  aid olmadiğını deyib. .

N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM