ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

15:33 | 30.04.2015
ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinowski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır.

Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemləri ilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.

Bu barədə Turan-a məlumatlı diplomatik mənbələrdən bəlli olub.

Dövlət katibinin digər köməkçisi Victoria Nuland-ın bu ilin fevralında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Vaşinqtondakı mənbələr Malinowski-nin səfərinin detallarını açıqlamırlar./Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM