ABŞ ekspertləri: “Çin dünya avtomobil bazarını ələ keçirəcək

19:26 | 17.05.2014
ABŞ ekspertləri: “Çin dünya avtomobil bazarını ələ keçirəcək

ABŞ ekspertləri: “Çin dünya avtomobil bazarını ələ keçirəcək

2021-ci ildə dünya avtomobillərinin yarısı Çində istehsal olunacaq.AzVision.az-ın verdiyi məlumata görə, “İHS Automotive Amerika” analitik şirkətin mütəxəssisləri belə qənaətə gəlib ki, 2013-cü ildə dünyada 87 milyon avtomobil istehsal olunub. Onlardan 22 milyonu Çində buraxılıb. 2009-cu il böhranından sonra iqtisadiyyat inkişaf etməyə başlayıb. Həmin dövrdə isə dünya avtomobil istehsalı 25 milyon artıb.Ekspertlər ehtimal edirlər ki, yeddi ildən sonra avtomobil istehsalının həcmində azalma müşahidə olunacaq. Lakin Çində istehsal yüksələn tempdə gedəcək. Yaponiya və Cənubi Koreyada avtomobil istehsalı demək olar ki, dayanacaq. Daxili bazar üçün avtomobillər əsasən xaricdən gətiriləcək. Gələcək illərdə Avropada avtomobil istehsalı 1 faiz azalacaq. Buna səbəb əsasən Rusiya və Türkiyə bazarlarında tələbin azalması olacaq. Lakin 2015-2017-ci illərdə Avropada istehsal hər il 4 faiz artacaq. Buna səbəb yerli avtomobil bazarının bərpası, eləcə də, ABŞ və Çinə ixracatın genişlənməsi olacaq.Mütəxəssislərin fikrincə, 2021-ci ildə isə qərbi Avropa ölkələrində istehsal olunan avtomobillərin yalnız yarısı Avropada yığılacaq. Hazırda isə bu göstərici 70 faiz təşkil edir. Bütün qərbi Avropa avtomobillərinin yarısından çoxu İtaliya və İspaniya müəssisələrinin konveyerindən çıxacaq. Bu vəziyyət uzunsürən böhrandan sonra düzələcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti