ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Gülən camaatının lideri Fətullah Gülənin ekstradisiyasından danışıb. ANS PRESS-in məlumatına görə, Harf Fətullah Gülənin ekstradisiyası haqqında danışıqların getməsinin müzakirə mövzusu olmadığını deyib. O, bildirib ki, ABŞ və Türkiyə müttəfiqdir amma hər zaman bütün məsələlərdə həmfikir deyillər.Qeyd edək ki, bir müddət bundan öncə Fətullah Gülənin Kanadadan siyasi sığnacaq almaq üçün müraciət etməsi barədə məlumatlar yayılıb. Daha sonra, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışlarında Fətullah Gülənin ekstradisiyası məsələsindən söhbət açıb. Kanadadan başqa Gülənin Yeni Zelandiyadan da siyasi sığınacaq istədiyi bildirilir.Türkiyənin ədliyyə naziri Bəkir Bozdaq isə Fətullah Gülən barəsində beynəlxalq axtarış elan edilə biləcəyinə işarə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !