ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) 122 dövlət və hökumət başçısı haqqında məlumat topladığına dair yeni bir sənədin ortaya çıxdığı iddia edilib.
Modern.az xəbər verir ki, Alman Spiegel jurnalı NSA-nın keçmiş analitiki Edvard Snovdenin sızdırdığı sənədlərə əsasən qeyd edib ki, 2009-cu ilin may ayına aid olan siyahıda NSA tərəfindən məlumat toplanılan dövrününü 122 dövlət və hökumət başçılarının adları yer alıb.
Siyahıda Somalinin keçmiş dövlət başçısı Abdullahi Yusuf, Fələstin dövlət başçısı Mahmud Abbas, Perunun keçmiş dövlət başçı Alan Qarsia, Belarusun prezidenti Aleksandr Lukaşenko, Qvatemalanın keçmiş prezidenti Alvaro Colom, Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe, Malinin keçmiş prezidenti Amadou Toumani Ture, Almaniyanın Baş naziri Angela Merkel, Suriyanın prezidenti Bəşər Əsəd və son sırada Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko da iştirak edir.
NSA-nın Almaniyanın Baş naziri Angela Merkeli dinlədiyi ortaya çıxandan sonra Almaniya müttəfiqi olan ABŞ-a “qarşılıqlı casusluğu qadağan edən” bir razılaşma imzalamağa təklif etsə də, ancaq ABŞ indiyə qədər bu məsələyə müsbət cavab verməyib.
Qeyd edək ki, Alman Federal Məclisi NSA-nın dinləmə fəaliyyətləri ilə bağlı bir araşdırma komissiyası qurma qərarı alıb. Aprel ayının ortalarında fəaliyyətə başlayacaq olan araşdırma komissiyası ABŞ və İngiltərə kəşfiyyatının Almaniyada icra etdiyi casusluq fəaliyyətlərini araşdıracaq.
Modern.az