ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi 27 sentyabr Anım Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə Amerikanın Azərbaycandakı Səfirliyinin rəsmi facebook hesabında paylaşım edilib.
"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik.” – Səfir bildirib.
Həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib.
"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik", o yazıb.
2020-ci ilin bu günü Azərbaycanla Ermənistan arasında müharibə başlayıb.
44 gün davam edən müharibədə Azərbaycan qalib ölkə olub. Noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.
Bəyanatdan sonra Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar dayanıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !