Respublikaçı ABŞ senatoru Lindsey Graham Yaxın Şərqdəki Amerika əsgərlərini qorumaq üçün İrana zərbə endirməyə çağırıb.
Onun sözlərinə görə, Tehran ABŞ hərbi bazalarına müntəzəm hücumlar həyata keçirən husiləri dəstəkləyir.
O, bu barədə "Fox News” telekanalında açıqlama verib.
Şəbəkəyə danışan Qrem, həmçinin İsrail və HƏMAS arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə Amerika əsgərlərinin "uğursuzluğa” uğradığına görə prezident Co Bayden administrasiyasını tənqid edib.
Onun sözlərinə görə, Ağ Evin Yaxın Şərqdəki çağırışların öhdəsindən gələ bilməməsi regionda gərginliyin artmasına səbəb olub.
"Biz husilərlə mübarizə aparırıq. Biz almanları və yaponları məğlub etdik. Husiləri məğlub etməyi bacarmalıyıq. Pentaqonun rəhbəri Ostin və Bayden administrasiyası qoşunlarımızı yerdə uğursuzluğa düçar edir”, - Qrem deyib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !