ABŞ aviasiyası İŞİD qruplaşmasının pul ehtiyatlarının saxlanıldığı anbarı 2 dəqiq bomba zərbəsi ilə məhv edib.
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Mosul şəhərində yerləşən anbarda dəqiq nə qədər pulun olması məlum olmasa da, Pentaqon rəsmiləri söhbətin "milyonlarla dollardan” getdiyini söyləyiblər.
Amerika mətbuatının məlumatına görə ölkənin xüsusi xidmət oraqnları qruplaşmanın pulu hara topladığını onların gündəlik marşturlarını izləməklə müəyyən ediblər.
Hesab olunur ki, pul ehtiyatları məhv edildikdən sonra İŞİD-i ciddi maliyyə sıxıntısı gözləyir. Çünki qruplaşma xarici ölkələrdən gələn muzdlu döyüşçülərə bu saxlancdan pul ödəyirdi.
BMT-nin məlumatına görə İŞİD hər gün İraq və Suriyadakı neft yataqlarından çıxarılan nefti qonşu ölkələrə satmaqla 1,7 milyon dollar qazanır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !