ABŞ münasibətləri dəyişməsə Tiblisi siyasətini dəyişə bilər - Baş nazir

13:52 | 27.09.2024
ABŞ münasibətləri dəyişməsə Tiblisi siyasətini dəyişə bilər - Baş nazir

ABŞ münasibətləri dəyişməsə Tiblisi siyasətini dəyişə bilər - Baş nazir

Vaşinqton Tbilisi ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan yenidən münasibətləri nəzərdən keçirməyi düşünür.  Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Biz deyirik ki, Gürcüstanla ABŞ arasında münasibətlər belə davam edə bilməz. Əks halda, mövcud status-kvonu nəzərdən keçirməli olacağıq. Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerika tərəfdən asılıdır”, - Kobaxidze bildirib.

Kobaxidze Baydenin Gürcüstanın dəvətini ləğv etməsini isə "bu ABŞ kimi böyük ölkəyə yaraşmaz" kimi qiymətləndirib.


Bundan əvvəl Gürcüstanın baş naziri Qərblə bağlı səsləndirdiyi antidemokratik fikirlərinə görə Bayden tərəfindən BMT Assosiasiyasının illik qəbulu siyahısından çıxarılıb.

Həmçinin Gürcüstan nümayəndə heyətinin də görüşləri rədd edilib.

 Aytac
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM