ABŞ-ın Rusiya ilə müharibəyə başlamamasının 5 səbəbi

23:33 | 30.01.2015
ABŞ-ın Rusiya ilə müharibəyə başlamamasının 5 səbəbi

ABŞ-ın Rusiya ilə müharibəyə başlamamasının 5 səbəbi

"Vaşinqtona Ukrayna-Rusiya münaqişəsinə müdaxilə etmək lazım deyil".
 
Axar.az "Obozrevatel.com"a istinadən xəbər verir ki, bu sözləri amerikalı siyasi şərhçi Duq Bandou deyib.
 
Bandou ABŞ-ın Rusiyaya qarşı hərbi müdaxiləyə başlamamasının bir sıra səbəblərini açıqlayıb:
 
1. Rusiya Serbiya, İraq, Əfqanıstan və ya Liviya deyil ki, ABŞ hərbi müdaxiləyə başlasın. ABŞ asan qələbələrə öyrəşib. Rusiya ilə müharibə aparmayacaq. Moskvanın əlində nüvə silahı ilə dolu spektri var, hansı ki, bundan istifadə edə bilər.
 
2. Ukrayna Rusiyanın sərhədindədir, ABŞ isə okeanın o tayındadır. ABŞ bu səbəbdən böyük riskə getməz.
 
3. Qərb ölkələri onsuz da ABŞ-ın təhlükəsizliyini möhkəmləndirir.
 
4. ABŞ-a Ukraynanın NATO-ya üzv olması elə də önəmli deyil. Ukrayna Vaşinqtonla heç bir üstün münasibətə də malik deyil.
 
5. ABŞ-ın təhlükəsizliyini təmin edən Qərb Ukraynaya dəstəyini verir, ancaq bunun da Rusiya ilə birbaşa münaqişəyə səbəb olma ehtimalı var.
 
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM