Rəsmi Vaşinqton Odessada baş verən iğtişaşlar zamanı insanların ölümündə günahı olanları cəzalandırılmağa çağırıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf bəyan edib. “Bu cür çoxsaylı insan tələfatına səbəb olan zorakılıq hallarının baş verməsi qəbuledilməzdir. Biz bütün tərəfləri qayda-qanunu bərpa etməyə, Ukrayna hökumətini isə hadisəni tam araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. – deyə M.Harf bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !