ABŞ onlara sanksiya tətbiq edib

21:55 | 27.09.2023
ABŞ onlara sanksiya tətbiq edib

ABŞ onlara sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan beş hüquqi və iki fiziki şəxsə qarşı sanksiya tətbiq edib . Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Nazirlik iddia edir ki, sanksiya siyahısına daxil edilən fiziki və hüquqi şəxslər "İran Şahed model PUA-ların ən mühüm komponenti olan servo mühərriklərin alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçiriblər”.

Sanksiyalar siyahısına daxil edilməsi  ABŞ- dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Sentyabrın sonunda ABŞ Maliyyə Nazirliyi Rusiyanın ODK-STAR mühəndislik şirkətini Rusiya Federasiyası üçün sanksiyalar siyahısından  çıxarıb .

Başlanğıcda, Birləşmiş Ştatlar səlahiyyətliləri şirkəti Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqədar məhdudlaşdırıcı reyestrlərə daxil  etdi .

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib .
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti