ABŞ prezidenti Barak Obama keçmiş dövlət katibi Hillari Klintonun səmərəli prezident ola biləcəyini deyib. Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, “Assoşieyted press” bu haqda xəbər yayıb. Obama bildirib ki, xanım Klintonla dostdur və uzun müddət onu heyranlıqla izləyib. Xatırladaq ki, mayın 29-da Barak Obama keçmiş dövlət katibi, Demokratlar Partiyasının prezidentliyə potensial namizədi Hillari Klintonla birlikdə nahar edib. Hələlik H.Klinton prezidentliyə namizədliyini elan etməyib. ABŞ-da sakinlərin yarasından çoxu 2016-cı ildə onun yeni prezident olacağına əmindir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !