ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook” səhifəsindəki paylaşımında qeyd olunub.
"Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, - paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !