ABŞ Robert Köçəryanın oğlu və gəlininə viza vermədi

13:44 | 08.05.2015
ABŞ Robert Köçəryanın oğlu və gəlininə viza vermədi

ABŞ Robert Köçəryanın oğlu və gəlininə viza vermədi


ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu və gəlininə viza verməkdən imtina edib.

APA-nın Ermənistanın "Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Levon Köçəryanla müğənni Siruşo ABŞ-da olarkən müvafiq qaydaları pozublar.
 
Konkret olaraq onlar övladları dünyaya gəldiyi üçün ABŞ-da vizada göstərilən müddətdən artıq qalıblar.
 
R. Köçəryanın gəlini bu haqda məlumatı nə təkzib, nə də təsdiq edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM