ABŞ Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalara hazırlaşır

20:42 | 14.04.2014
ABŞ Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalara hazırlaşır

Ukraynadakı böhranla əlaqədar Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə hazırlaşır. Amma onların iqtisadi bloka aid olacağı mütləq deyil. Bunu KİV ABŞ-ın rəsmi şəxslərinə istinadən xəbər verib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "İnterfaks" agentliyi yayıb.

Mənbələrdən biri jurnalistlərə bildirib: "Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına geniş sanksiyalar, ehtimal ki, dərhal tətbiq edilməyəcək. Lakin ayrı-ayrı şəxslərə və təşkilatlara təcili sanksiyalar şamil ediləcək".

O əlavə edib ki, hər şey "yerində [Ukraynada] vəziyyətin inkişafından asılı olacaq".

Mənbə onu da bildirib ki, "əgər ABŞ iqtisadi sanksiyalar tətbiq etməzsə, Avropanın Rusiya iqtisadiyyatını və onun energetika sektorunu nəzərdə tutaraq RF-ni cəzalandıracağı tam aydın deyil".

Adının açıqlanmasını istəməyən mənbələrdən biri bəyan edib ki, Vaşinqton Aİ-nin Rusiyaya "rusiyalılar üçün ağrılı ola biləcək iqtisadi təzyiq göstərməyə hazır olduğuna "əmin deyil". Çünki bu, təkcə Rusiya iqtisadiyyatı üçün deyil, ABŞ və Avropanın özünün maraqlarına toxunardı".

Mənbələr habelə Moskvanın Rusiya, ABŞ, Aİ və Ukrayna XİN rəhbərlərinin aprelin 17-də keçirilməsi nəzərdə tutulan iclasda iştirak edəcəyinə şübhə ilə yanaşırlar. Çünki Rusiya tərəfi artıq özünün bu iclasda iştirakı üçün şərtlər irəli sürməyə başlayıb. Belə ki, həmin şərtlərə görə, Ukrayna ölkənin şimal-şərq hissəsində güc tətbiq etməməli və Ukrayna regionlarının nümayəndələri iclasda iştirak etməlidirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür