• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

ABŞ Rusiya və Belarusla bağlı ixrac nəzarətini gücləndirir

ABŞ Rusiya və Belarusla bağlı ixrac nəzarətini gücləndirir
19.05.2023 20:40
ABŞ administrasiyası Rusiya və Belarusun sənaye sektorlarına qarşı ixraca nəzarət rejimini və sanksiyaları sərtləşdirir.

Bu barədə ABŞ Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, söhbət Rusiya və Belarusa qarşı ixrac nəzarəti rejimi çərçivəsində mövcud sanksiyaların sərtləşdirilməsindən gedir.
 
Sənəddə deyilir ki, ABŞ hökuməti, həmçinin Rusiya və Belarusun sənaye sektoruna qarşı sanksiyaların miqyasını genişləndirir.

"Bu qayda 1 224 sənaye məhsulunu əlavə edir, müvafiq olaraq, bu məhsulların Rusiya və ya Belarusa ixracı və ya təkrar ixracı və ya Rusiya və ya Belarus daxilində onların təhvil verilməsi üçün indi lisenziya tələb olunacaq. Bu 1 224 sənaye məhsuluna qoyulan məhdudiyyətlər Rusiya və Belarus sənaye bazalarını daha da sarsıtmaq və onların Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləməyə davam etmək imkanlarını azaltmaq məqsədi daşıyır”, – sənəddə deyilir.

ABŞ hökuməti, həmçinin Rusiya və Belarus sənayelərinə qarşı sanksiyaların əhatə dairəsini genişləndirir.

ABŞ-dan Rusiya və Belarusa ixracı qadağan edilən malların siyahısı, həmçinin xalça, kosmetika, ətriyyat, o cümlədən əntiq əşyalar, spirt və saatları əhatə etməklə genişləndirilib.

ABŞ, həmçinin bəzi telefonların, diktofonların, mikrofonların və məişət texnikasının Rusiyaya ixracına qadağa qoyub. Müvafiq siyahı ABŞ Ticarət Departamenti tərəfindən dərc olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Çinə etan ixracına qoyulan məhdudiyyətləri qaldırıb
Dünya 08:33
ABŞ Çinə etan ixracına qoyulan məhdudiyyətləri qaldırıb
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Dünya 23:24
Ukraynada partlayış olub, ölən və yaralananlar var
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
Dünya 22:44
Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Dünya 19:38
"X" sosial şəbəkəsinin işində problemlər yaranıb
Əli Əsədov Ersin Tatarla görüşüb
Dünya 19:26
Əli Əsədov Ersin Tatarla görüşüb
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Dünya 18:48
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
Dünya 14:50
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
Dünya 06:30
İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
Dünya 04:54
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol