ABŞ səfiri vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb

13:31 | 08.05.2024
ABŞ səfiri vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb

ABŞ səfiri vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb

Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalistlərin və  vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb. Bu barədə ABŞ səfirliyinin rəsmi facebookunda paylaşım edilib.
 
Görüşdə Müsavar Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.
 
"Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir", - məlumatda qeyd olunub.
 
Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün həbs qətimkan tədbiri seçilib.
 
III Platforma Respublika strukturunun üzvü Ruslan İzzətli məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib. 
 

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM