Bu ilin mart ayında qatıldığı toplantıda nitq söyləməyə hazırlaşan ABŞ-ın Seuldakı səfiri Mark Lipperti sifətindən yaralayan Kim Ki-jong barədə məhkəmə hökmü elan olunub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kim Ki-jong cinayətə təşəbbüs və xarici diplomatı hücum zamanı ağır yaralama maddələri ilə ittiham olunub və 12 il azadlıqdan məhrumetmə cəzası alıb.
Səfir hücumdan sonra Seuldakı xəstəxanaların birində 5 gün müalicə görmüşdü, onun sifətindəki 11 santimetrlik yaranın dərinliyi 3 sanimetr olub, amma sifətdəki sinirlərə zərər dəyməyib.
Diplomatı müalicə edən həkim Yoo Dae-Hyun açıqlaması zamanı bildirib ki, əgər kəsici alət daha 2,5 santimetr aşağı düşərdisə, bu zaman şahdamar kəsilə bilərdi, bu isə ABŞ səfirinin həyatını təhlükə altına ata bilərdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !