ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib

12:01 | 30.04.2024
ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib

ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib

ABŞ Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin davam edən həbslərindən və ən əsası Anar Məmmədlinin hazırkı həbsindən son dərəcə narahat olduğunu bildirib. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

Bəyanatda ABŞ-ın Azərbaycan hökumətini haqsız yerə həbs edilənlərin hamısını dərhal azad etməyə çağırılıb
 
"Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırmaqda davam edirik”,-  bəyanatda qeyd olununub.
 
Aprelin 29-da Hüquq Müdafiəçisi Anar Məmmədli saxlanılıb. Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. 
 
Bildirilib ki, barəsində araşdırılma aparılır. 
 
Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti