Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib

16:41 | 25.04.2024
Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib

Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib

Hindistanın Azərbaycan və Ermənistanla yaxşı əlaqələri var, paralel olaraq Hindistan müdafiə ixracını təşviq etmək siyasətini davam etdirir. Bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval deyib. 

"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin bununla yanaşı, biz Hindistanın müdafiə ixracını təşviq etmək siyasətini də davam etdiririk”, -  i Randhir Caisval Hindistanın Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycan Prezidentinin açıqlamasına münasibət olaraq bildirib. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Fransa,Hindistan və Yunanıstan Ermənistanı silahlandırır.

Azərbaycan üç ölkənin Ermənistanı Bakıya qarşı silahlandırmasını gözləməyəcək. Fransa , Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır və bunu açıq və nümayişkaranə şəkildə bunu edir.Biz boş otura bilmərik”, - Əliyev vurğulayıb.

O qeyd edib ki, Bakı bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və "bu gün Ermənistana narahatlıq nümayiş etdirməyə çalışan” tərəflərə çatdırıb.

Prezident əlavə edib ki, Azərbaycan "özü üçün ciddi təhlükə görərsə” "ciddi tədbirlər görməyə” məcbur olacaq.

Son məlumatlara görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd "Akaş” hava hücumundan müdafiə sistemi alıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM